Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ARZU

 

 

 

ARZU

 

Biryolluq həsrətdən əlim üzülə,

Gün kimi üstümə yar işıq sala.

Məni barışdıra öz küskünümlə,

Təbiət araya barışıq sala.

 

Duman gətirməyə, çən gətirməyə,

Qara saçlarıma dən gətirməyə,

Tufanlı, hicranlı gün gətirməyə,

Onun yağdırdığı qar işıq sala.

 

Sevinci, kədəri yarıya bölək,

Qalsaq bir yaşayaq, ölsək bir ölək.

Məni Tanrı bilə, özünü mələk,

Aşiqi Allahla qarışıq sala!

 

 

  Geri