TAPŞIR BAXIŞLARINA
Tək onu axtarmışam mən bütün ömrüm boyu,
Gözlərinə əmr elə, gözlərimdən itməsin.
Hazıram sinəm üstə çiçəklər bitirməyə,
O çiçək məni qoyub özgə yerdə bitməsin.
Bir əsim mehə dönüb saçını daraqlaram,
Ruhuna sığal çəkib, qəlbini varaqlaram.
Tanrı sovqatı kimi gözüm üstə saxlaram,
Səndən gələn nə varsa gəlsin, ancaq getməsin.
Mən elə düşünürdüm insafı var, rəhmi var,
İnsan kimi dil bilir, düşüncəsi, fəhmi var.
Nə amansız qəzəbi, nə Allahsız zəhmi var,
Tapşır baxışlarına, məni çox incitməsin.

|