Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SƏN GƏLMƏMİŞDİN

 

 

 

SƏN GƏLMƏMİŞDİN

 

Səsini içinə çəkmişdi bulaq,

Yellər qanadını açmırdı o gün.

Donmuşdu dağ-dərə, donmuşdu torpaq,

Güllərin dodağı qaçmırdı o gün, –

Sən gəlməmişdin.

 

Göydən çəkilmişdi günəşin zəri,

Yerdə axarını çay saxlamışdı.

Elə bil ən böyük dərdi-kədəri

Təbiət mənimçün pay saxlamışdı, –

Sən gəlməmişdin.

 

Yox idi həyatda işıqdan əsər,

Üstümdə qaralmış bulud var idi.

Gözümdən nur getdi, sözümdən kəsər,

İçimdə lal olmuş sükut var idi, –

Sən gəlməmişdin.

 

Ürəyim xaraba qalmış bir şəhər,

Şam kimi qəlbimin yağı damırdı.

Üzümdən zəhrimar, dilimdən zəhər,

Rəngimdən, ruhumdan ağı damırdı, –

Sən gəlməmişdin.

 

Gəldim yerə-göyə vurulmuş kimi,

Gəlmirsən, yerinə dərd gəlir, gözəl.

Sevənlər evindən uçur quş kimi,

Sevənlər evinə pərt gəlir, gözəl.

Nə zarafat bilir, nə gerçək bilir,

Həsrət gəlişini sərt gəlir, gözəl, –

Sən gəlməmişdin.

 

  Geri