Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÜRƏYİM KÖKSÜMÜ YARIB ÇIXIRDI

 

 

 

ÜRƏYİM KÖKSÜMÜ

 YARIB ÇIXIRDI

 

Ürəyim köksümü yarıb çıxırdı,

Nə zaman gözlərim görsə qızları.

Mənim mahnılarım dayandırardı

Hər səhər gedəndə dərsə qızları.

 

Qaynar baxışlardan od yağa-yağa

Enərdik arana, qalxardıq dağa.

Qoymazdı bizlərə yaxınlaşmağa,

Çəkərdi inadı tərsə qızları.

 

Zəlimxan, xatırla sən o dəmləri,

Şeyx Sənanlara verdi qəmləri.

Dinindən döndərdi xan Kərəmləri

Tərsa gözəlləri, tərsa qızları.

 

 

  Geri