Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SEVƏRMİŞ

 

 

 

SEVƏRMİŞ

 

İnsan oğlu vurulanda dünyaya,

Yeri-göyü, dağı-daşı sevərmiş.

Zaman onu ağlatsa da, gülərmiş,

Gözlərindən axan yaşı sevərmiş.

 

Eşq adamı göydən nazil olarmış,

Kimi xoşbəxt, kimi rəzil olarmış.

Biri yaqut, biri qızıl olarmış,

Qaş üzüyü, üzük qaşı sevərmiş.

 

Alışarsan  eşq içini ovanda,

Qapılardan səhralara qovanda.

Hünərin var dəli olma sevəndə,

Leyli gedib ağlı çaşı sevərmiş.

 

Canlar gedib bir cananın yolunda,

İllər qurban bircə anın yolunda.

Ay Zəlimxan, hər sevdanın yolunda

Dərd ürəyi, ağrı başı sevərmiş.

 

 

 

 

 

  Geri