Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   NƏ DİŞ BİLSİN, NƏ DODAQ

 

 
NƏ DİŞ BİLSİN, 
NƏ DODAQ
 
Eldən gizli sözüm yox,
Özgəsində gözüm yox,
Sənsiz canda dözüm yox,
Diş də bilsin, dodaq da.
 
Durub dayanmaq nədir?
Sevgini danmaq nədir?
Qoy görsün yanmaq nədir,
Nur da bilsin, çıraq da.
 
Arıtək çalışanda,
Dadmışam balı şanda.
Qoy yanaq alışanda
Köz də bilsin, ocaq da.
 
Gülən üzüm ol mənim,
Görən gözüm ol mənim,
Doğrum, düzüm ol mənim,
Haqq da bilsin, nahaq da.
 
 
 
 
  Geri