Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   KİMƏ VERƏCƏKSƏN BU ÇİÇƏKLƏRİ?

 

 

KİMƏ VERƏCƏKSƏN

BU ÇİÇƏKLƏRİ?

 

Yaşıl yaxalarda

             gül dərən gözəl,

Gül olub  könlümü

             güldürən gözəl,

Kimə verəcəksən

            bu çiçəkləri?

 

Düşdüyün sevdanın

            dadını söylə,

Söylə, doğmasını,

            yadını söylə,

Bəlkə tanıyıram,

            adını söylə,

Kimə verəcəksən

           bu çiçəkləri?

 

Dər bu çiçəkləri,

             dər, gözəl mələk,

Dərdikcə ruhuma

             sər, gözəl mələk.

Sənə min göz ilə

             bir şair baxır,

Rəngi tül, yanağı

            zər, gözəl mələk.

 

Duymuşam qəlbindən

            keçənləri mən,

Ulu məhəbbətə,

            uca sevgiyə,

 Dinə verəcəksən

          bu çiçəkləri.

 

Mənim ürəyimdə

          doğan sevgiyə,

Günə verəcəksən

           bu çiçəkləri.

Bilirəm, getməzsən

           məndən uzağa,

Dünyaya gül şeiri

           gətirmək üçün

Mənə verəcəksən

          bu çiçəkləri.

6 sentyabr  2002

 

 

 

  Geri