SEVGİ
Gələndə yaşımı heç soruşmadı,
Baxmadı zamana, yaşa bu sevgi.
Birdən bir dəlisoy oğlana döndü,
Tutdu pəncərəni daşa bu sevgi.
Dedilər yol axtar qız ürəyinə,
Süzül damla-damla, sız ürəyinə.
Od qoydum yanmışın buz ürəyinə,
Az qaldı dünyanı aşa bu sevgi.
O səslər hələ də qulağımdadı,
Baharın həsrəti yanağımdadı,
Hələ ki payızın sınağındadı,
Görək dözəcəkmi qışa bu sevgi?
|