Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BİR GÖZƏL ÖLDÜRDÜ MƏNİ

 

BİR GÖZƏL

ÖLDÜRDÜ MƏNİ

 

Qəfıl ölmək istəmirdim,

Bir gözəl öldürdü məni.

Səfıl ölmək istəmirdim,

Bir gözəl öldürdü məni.

 

İncə ruhnan, şirin səsnən,

Göz-baxışnan, od nəfəsnən,

Alov dilli bir həvəsnən

Bir gözəl öldürdü məni.

 

Döndü gülün butasına,

Saldı gözün xatasına.

Xəbər verin atasına,

Bir gözəl öldürdü məni.

 

O, xəznədar, mən bir sayıl,

Baxdım, oldum hayıl-mayıl.

Nə Allahdı, nə Əzrayıl,

Bir gözəl öldürdü məni.

 

Qəlbi kaman, dili neymiş,

Aman, Tanrım, bu qız nəymiş!

Gözəl ölmək gözəl şeymiş,

Bir gözəl öldürdü məni.

 

 

 

  Geri