Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SEVMƏ MƏNİ, SƏN ALLAHI SEVƏRSƏN!

 

 

SEVMƏ MƏNİ, SƏN

ALLAHI SEVƏRSƏN!

 

Ulduzu sev, işıq olsun beyninə,

Buludu sev, paltar olsun əyninə,

Torpağı sev, alsın səni qoynuna,

Sevmə məni, sən Allahı sevərsən!

 

Qalxan olmaz, qılınc olar bu sevgi,

Qılınc qədər qorxunc olar bu sevgi,  

Qazanc olmaz, qaxınc olar bu sevgi,

Sevmə məni, sən Allahı sevərsən!

 

Dağa haray, daşa səda salarsan,

Qanım gedər, bir qan-qada salarsan,

Sən bir odsan, məni oda salarsan,

Sevmə məni, sən Allahı sevərsən!

 

Ağrı sənəm, aman sənəm, ah sənəm,

Canımda od, yanağımda şeh sənəm,

Qərib üçün nələr çəkdi Şahsənəm?

Sevmə məni, sən Allahı sevərsən!

 

Yuxular var, yuxularda buta var,

Kərəmlərə tilsim quran ata var,

Mən bilirəm, bu sevgidə xəta var,

Sevmə məni, sən Allahı sevərsən!

 

İşığım yox otağınca, evincə,

Dönəmmərəm gözlədiyin sevincə,

Allahı sev, gəlib məni sevincə,

Sevmə məni, sən Allahı sevərsən!

 

 

  Geri