Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLMİŞƏM MƏN SƏNİN ZİYARƏTİNƏ

 

 

GƏLMİŞƏM MƏN

SƏNİN ZİYARƏTİNƏ

 

Udduğum havaynan, içdiyim suynan,

Dəli bir ümidnən, şirin arzuynan

Gəlmişəm mən sənin ziyarətinə.

 

Qoşa qanad kimi qollarını aç,

Dərdimə dərman ol, ağrıma əlac, –

Gəlmişəm mən sənin ziyarətinə.

 

Bütün məbədlərdən səni baş bilib,

Kəbənin köksündə qara daş bilib

Gəlmişəm mən sənin ziyarətinə.

 

Sevginlə könlümü gəl qarət eylə,

Bir möcüzə göstər, bir qeyrət eylə,

İlahi sovqatı təbəssümünlə

Məni də bir parça ziyarət eylə,  -

Gəlmişəm mən sənin ziyarətinə.

 

 

  Geri