Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   İLAHİ, MİN ŞÜKÜR YARATDIĞINA!

 

 

İLAHİ, MİN ŞÜKÜR

YARATDIĞINA!

 

Bir gündə min dəfə şükür deyirəm,

İlahi, min şükür yaratdığına!

Göylərin payıdı enib torpağa,

İlahi, min şükür yaratdığına!

 

Pətəyi çəməndən, balı çiçəkdən,

Sevgisi beşikdən, eşqi bələkdən,

Payı gözəllikdən, nuru mələkdən,

İlahi, min şükür yaratdığına!

 

Baxışı ulduzdan, işığı Aydan,

Axarı çeşmədən, ləngəri çaydan,

Günəşi bahardan, alovu yaydan,

İlahi, min şükür yaratdığına.

 

Arayan narahat, aranan gözəl,

Darayan bəxtəvər, daranan gözəl,

Yaradan müqəddəs, yaranan gözəl,

İlahi, min şükur yaratdığına!

 

Gözüm gözəlliyin həsrəti, acı,

Gözəllər başımın cığası, tacı,

Sən Allah, o, bəndə, mən tamaşaçı,

İlahi, min şükür yaratdığına!

 

 

 

  Geri