GÖZƏLDİ
Bir gözəldə min gözəllik cəmlənib,
Duruşu da, ədası da gözəldi.
Sularında üzüb gedən qəvvasam,
Dalğası da, adası da gözəldi.
Özü nurdan, sözü Haqdan gəlibdi,
Şahımızdı, enib taxtdan gəlibdi.
Qulaqlara səsi çoxdan gəlibdi,
Bizə çatan sədası da gözəldi.
Göy üzündə durnaları saxladıb,
Yer üzündə qayaları laxladıb,
Zəlimxanın anasını ağladıb,
Mənə gələn qadası da gözəldi.
|