Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   QÜRBƏTDƏN VƏTƏN OLMAZ!

 

 

QÜRBƏTDƏN

VƏTƏN OLMAZ!

 
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ.

 

Gördüyüm hər gözəllik

               heyrətə salır məni,

Min qat gözəl olsa da,

              heyrətdən Vətən olmaz.

Saçına sığal çəkib,

             rəğbət bəsləsələr də,

Ömrü beş-on gün olar,

            rəğbətdən Vətən olmaz.

 

Allah evi Məkkədə

            evimçün darıxmışam,

Evdən-eşikdən ötrü

            ürəyimi sıxmışam.

Həsrətin sınağından

            dağlar yarıb çıxmışam,

Adında ayrılıq var,

            həsrətdən Vətən olmaz.

 

Çəkilən ağrı bilər

           sızıldayan iç nədir,

Səfərə çıxan bilər

          yolda qalan köç nədir.

Adın göylərə çıxsa,

           yadlar üçün heç nədir,

Vətəndən söhrət olar,

           şöhrətdən Vətən olmaz.

 

Çırpınar intizarda

          qəlbin, ruhun qısılar,

Oğul-uşaqdan ötrü

           canın göydən asılar,

Adına, taleyinə

           qərib möhrü basılar,

Ancaq onda bilərsən

           qürbətdən Vətən olmaz.

 

Dünyanın çəkmədiyi

           ağrısı, azarı yox,

Ağrı nə qədər çəkər,

           behi yox, bazarı yox.

Qərib yerdə ölənin

          yatmağa məzarı yox,

Zülümdən bir yurd-yuva,

           zillətdən Vətən olmaz.

 

Qəriblərin saçında

           qara bax, qırova bax,

İnildəyən kamana,

           sızıldayan tara bax.

Cəhənnəmə dönsə də,

           cənnətimdi Qarabağ,

"Tehran cənnətə dönsə",

cənnətdən Vətən olmaz!!!

  Geri