Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   YANDIRIR

 

YANDIRIR

 

Dünyaya gələli mənim könlümü

Bir kaman ağladır, bir saz yandırır.

Ömür qışla yazın arasındadı,

Bir qış donduranda, bir yaz yandırır.

 

Yaxına, uzağa meylimi saldım,

Aranın, yaylağın seyrinə daldım.

Mən bütün çaylardan sərinlik aldım,

Qəlbimi tək bircə Araz yandırır.

 

Olsa da ürəyim yumuşaq, həlim,

İstərəm hicrana bir gəliş gəlim.

Vətəndən Vətənə çatmayır əlim,

Ömrümü bir həsrət, bir naz yandırır.

21.6.1976.

  Geri