Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SAXLADI

 

SAXLADI

 

Ağır yarasını çətin illərin,

Sarğılar qorudu, bağlar saxladı.

Sahilin sahilə sədaqətini

Körpülər yaşatdı, tağlar saxladı.

 

Döyündü ürəklər, düşündü başlar,

Qar-boran olanda çatıldı qaşlar.

Qartalı qayalar, kəkliyi daşlar,

İyidi qoynunda dağlar saxladı.

 

Zərgərin əlindən işıq aldı zər,

Gözlərdə od yandı, alınlarda tər.

Torpağa yük oldu qəlbi çürüklər,

Həyatı çiynində sağlar saxladı.

11.6.1976

  Geri