Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   APARDI

 

APARDI

 

Gedişin tükətdi bərəkətimi,

Sanki yellər gəldi, sellər apardı.

Ayaz şillə çəkdi yanaqlarıma,

Qazdı, torpağımı bellər apardı.

 

Olsam da dünyanın sərti, mətini,

Nə bilim hardadı işin çətini.

Bizim eşqimizin səadətini

Fitnələr taladı, fellər apardı.

 

Bilmədim çoxunu, azını eşqin,

Çəkdim ömrüm boyu nazını eşqin.

O qədər çaldım ki, sazını eşqin,

Əlimi sim yedi, tellər apardı.

30.6.1976.

  Geri