Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   İSTƏYİRƏM

 

İSTƏYİRƏM

 

Xoş söz ağız şirinliyi,

Səmimiyyət eşqin tacı.

Rəndə tutmaz, sığal görməz

Köntöylüyün yox əlacı.

Qəlbi xain, dili zəhər

Danışanda acı-acı,

Şirin olub, söhbətimi

Şirin salmaq istəyirəm.

 

Bir ürəyin yanar səsi

Çatmayanda qulaqlara,

Göz yaşımı döndərirəm

Axıb gedən bulaqlara.

Qanad açıb, qədəm basıb

Yaxınlara, uzaqlara,

Haray çəkib, dağa-daşa

Bir ün salmaq istəyirəm.

 

Ömrün-günün sınağından

Harda üzüağ çıxanda,

Pələng dişli ölümlərin

Pəncəsindən sağ çıxanda,

Qayaları qat-qat olub

Qarşıma bir dağ çıxanda,

Fərhad kimi xəyalıma

Şirin salmaq istəyirəm.

 

Dayan şimşək, qoy eşidim

Dağ nə deyir duman haqda.

İtil şübhə, qoy düşünüm

Ümid haqda, güman haqda.

Səksəkəli, qorxuluyam

Bu narahat zaman haqda.

Rahat olub, ürəyimi

Sərin salmaq istəyirəm.

  Geri