QIZLAR
Ruhunuz nə incə, qəlbiniz nə saf,
Eşqiniz nə təmiz, nə tərdi, qızlar.
Gözəlsiz təbiət, sevgisiz ürək,
Körpəsiz beşikdən betərdi, qızlar.
Sizsiz kim çəkərdi ömrün nazını,
Unuda bilməzdi könül yasını.
Dünya itirərdi öz dünyasını,
Həyatdan bir həyat itərdi, qızlar.
Saldı gözləriniz üstümə saya,
Həsəd aparmadım ulduza, Aya.
Günəş doğmasa da, bütün dünyaya
Sizdəki gözəllik yetərdi, qızlar.
|