Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÇƏKİR

 

ÇƏKİR

 

Əllərin şeirimə verir sığalı,

İlmələr işləyir, naxışlar çəkir.

Yağır torpağıma bərəkət kimi,

Quraqda qayğımı yağışlar çəkir.

 

Sanıram dünyanın sərvəti, zəri

Alnımdan süzülən hər damla təri.

Ucalmaq eşqinə düşəndən bəri,

Nazımı enişlər, yoxuşlar çəkir.

 

Göynəyir kamanım, kövrəlir sazım,

Duyğular qoynunda açılır yazım.

Üzmək istəyənə dayaz nə lazım,

Məni dərinlərə baxışlar çəkir.

  Geri