Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏNİM ZİRVƏM

 

MƏNİM ZİRVƏM

 

Mənim eşqim, mənim zirvəm,

Yollarıma çəpər olub,

Qoşun çəksə üstümə qəm,

Daş-kəsəkli yoxuşlarda

Didilsə də dizim, sinəm.

Qayaların qucağına

Göz yaşlarım axsa belə,

Başım üstə at oynadıb,

İldırımlar çaxsa belə,

Nə inadı buraxası,

Nə səbrimi atasıyam.

Yüz gün əlim boşa çıxsa,

Bir gün sənə çatasıyam.

 

Zirvələrə gedən yolun

Yolçuluğu çətin olur.

Kimin ora əli çatır,

Məğrur olur, mətin olur.

Bu həvəs ki, qanımda var,

Tükənməzdi mətinliyim.

Yüz bilirəm, az bilirəm

Min olsa da çətinliyim.

Gecələri nurlandırıb

Gündüzlərə qatasıyam.

Qarlı zirvə, havalanma,

Bu gün çata bilməsəm də,

Sabah sənə çatasıyam!

  Geri