Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏTİRMƏLİDİR

 

GƏTİRMƏLİDİR

 

Ellər məclisinə şair gələndə

Günəşi gözündə gətirməlidir.

Bir dünya mənanı, bir dərya eşqi

Bir kəlmə sözündə gətirməlidir.

 

Xalqının şərəfi, adı dilində,

Vətən torpağının dadı dilində.

Çayı sinəsində, odu dilində,

Ocağı közündə gətirməlidir.

 

İlhamı dağ seli, gözü-könlü tox,

Hər sətri namərdə ox olmalı, ox.

Şeirini qoynunda, qoltuğunda yox,

Özündə, özündə gətirməlidir.

  Geri