Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   NEYLƏYİM

 

NEYLƏYİM

 

Demə niyə alovlanıb yanırsan,

Od-ocaqsız sözüm tutmur, neyləyim.

Misralarım ürəyimdə qaynamır,

Dodağımda düzüm tutmur, neyləyim.

Danışıram, sözüm olur baş-ayaq,

Yeriyirəm, dizim tutmur, neyləyim.

Könül gərək od yurdundan od ala,

Buz olmağı üzüm tutmur, neyləyim.

Alışmasa bu torpağın eşqinə,

Ürək canda dözüm tutmur, neyləyim.

  Geri