Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ARZU

ARZU

Nə ömür tükənə, nə yol tükənə,
Yeriyib gedəsən dağlara doğru.
Zaman əllərində yumağa dönə,
Keçəsən çağlardan çağlara doğru.

Aşılmaz sədləri bir-bir aşasan,
Bir gün qaynayasan, bir gün daşasan.
Getdikcə özünə yaxınlaşasan,
Yatasan köklərə, tağlara doğru.

Təzə cığır sala, iz tuta insan,
Yolu da yol kimi düz tuta insan,
Üz qoya, Allaha üz tuta insan,
Gedə dirilərə, sağlara doğru.

 

 

 

  Geri