Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DÜNYA VƏ BİZ

DÜNYA VƏ BİZ

Qoca dünya dolaşdırır addımbaşı,
Əvvəl-əvvəl sığal çəkir, öyür bizi.
Kişiləşib, dizlərimiz bərkiməmiş,
Zopasıyla, şallağıyla döyür bizi.

Həyat dəniz, ömür qayıq, can avardı,
Nə dərd varsa, canı tapdı, cana vardı.
İnsan quzu, vaxt kəmfürsət canavardı,
Kəsir-tökür, loğma-loğma yeyir bizi.

Gəlişimiz işıq verdi bu dünyaya,
Gedişimiz döndü yasa, döndü vaya.
İnsanların biri palıd, biri qaya,
Əyilmirik, zaman özü əyir bizi.

 

 

 

  Geri