Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   OLMALIYDI

OLMALIYDI

 

Söz var idi, göz var idi nə qədər,

Olacaqlar olmalıydı, oldu da.

Qan görünüb anaların saçında,

Telləriniyolmalıydı, yoldu da.

 

Bu ömürdü, kim yıxıla, kim yıxa,

Nərdivandı, kim dırmaşa, kim çıxa. 

Yaman gözlər qoyardımı gün çıxa,

Gül yanaqlar solmalıydı, soldu da.

 

Tanıyıram bircə-bircə adını,

Mən bilirəm ağrıların dadını.

Sevinc nədi,yorğa sürə atını,

Ağrı cana dolmalıydı, doldu da.  

 

Öz qanını hortum-hortumhortladıb,

Paxılların çiçəyini çırtladıb.

Dəli könlüm ürəyimi çartladıb,

Yarıyolda qalmalıydı, qaldı da.

 

Ay Zəlimxan,pərdələnib, tellənib,

Gözəlləşib, göyçəkləşib, güllənib,

Sənin sazın qəm üstündə dillənib,

Qəm havasıçalmalıydı, çaldı da.

 

  Geri