Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BİR-BİR

BİR-BİR 

 

Mənim yazdıqlarım yerdə qalarmı,

Hamısı düşəcək kitaba bir-bir.

Böyük mətləbləri, böyük dərdləri

Düzənlər düzəcək hesaba bir-bir.

 

Nələri gətirdim, nələri yada,

Uzağa, yaxına saldım səs-səda.

Ağrılar, acılar çox-çox olsa da,

Dözdüm hər ağrıya, əzaba bir-bir.

 

Yaralı nəğmətək dodaqda yandım,

Gövdədə alışdım, budaqda yandım.

Kömürdə alışdım, ocaqda yandım,

Döndüm köz üstündə kababa bir-bir.

 

Kimini sürdürüb, kiminisürüb,

Kimini daş kimi divara hörüb.

Allah, bir ömürdə göz nələr görüb,

Baxıramgünaha,savababir-bir.

 

Heç bir çevrilib hər bir şey oldu,

Göyüm yerə döndü, yerim göy oldu.

Zəlimxan saz idi, döndü ney oldu,

Düzüldü dərdlərim rübaba bir-bir.

 

 

  Geri