VAR OLSUN
Ay ana, yeni bir Zəlimxan yetir,
Səsi saza düşsün, tarda carolsun.
O,elin qəlbini eşidə bilsin,
El onun qəlbindən xəbərdar olsun.
Gülməz gözlərində nə yaşıl, nə al,
Budaq çürükdürsə, meyvələri kal.
Sözü anlamırsa,ürək laldı, lal,
Səsi eşitməyən qulaq kar olsun.
Kimi yavaş gedər, kimi də yeyin,
Yolçular yolundan olmasın,deyin.
Yolundan qalmasın nə baş, nə beyin,
Ürəyi olana ürək var olsun.
Onu qorxudammaz nə qar, nə külək,
Həm yerdə insandı, həm göydə mələk.
Ürəkdən danışan şairin gərək,
Axçası, boxçası da dolu bar olsun.
Zəlimxan, dənizdə dalğa var demək,
Dalğası var isə,hava var demək.
Şairin səsində dünya var,demək,
Şairi var olan dünya var olsun!
|