Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HƏYATI DUYMAQ

HƏYATI DUYMAQ

 

Ürək də, baxış da, könül də, göz də

Dünyanı dərindən duymaq üçündür.

Öpüb bu torpağı duz-çörək kimi,

Gözünün üstünə qoymaq üçündür.

 

Sevdiyin nə varsa,sənin yarındı,

Ətək çiçəyindi, zirvə qarındı.

Allah nə veribsə,insanlarındı,

Hamısı el üçün, oymaq üçündür.

 

Qızıl boza çalır, yaşıl sarıya,

Dünənin gözəli dönür qarıya.

İllər ömrümüzü bölür yarıya,

Günlər vaxtımızı saymaq üçündür.

 

Yüz il qan axsa da qanlı yaradan,

Həqiqət canlıdı, çıxmaz aradan.

Boşa yaratmadı sözü yaradan,

Səs,dərdi dünyaya yaymaq üçündür.

 

Minnətli çörəyi heç zaman yemə,

Sevgiyə, sevincə bəsimdir demə.

Zəlimxan, torpaqdan can əsirgəmə,

Canlar bu torpağa qıymaq üçündür.

 

 

  Geri