Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BAX

BAX

 

Vurdum möhürləri, açdım izləri,

Gəl sən bu sözlərin ahənginə bax.

Toxun əllərinlə, oxu gözünlə,

Güllərin düzülən çələnginə bax.

 

Gözəllik sənətdir, gözəllik peşə,

Qıpqızıl yarpaqdı, yamyaşıl meşə.

Qışda novruzgülü, yazda bənövşə,

Çöllərin, düzlərin qəşənginə bax.

 

Təbiət hər şeyi verir, yetirir,

Lazım olmayanı gözdən itirir.

Qayalar gör necə çiçək bitirir,

Zərif bir dünyanın nəhənginə bax.

 

Gör necə duyğudu, gör necə dildi,

Axır göy suları neçə min ildi.

Dözür hər çətinə, fil oğlu fildi,

Sellərin, suların sən cənginə bax.

 

Uzaqda bir yetim quzu mələdi,

Yerləri, göyləri qəməbələdi.

Necə Zəlimxanı şair elədi,

Qaynar bulaqların gəl zənginə bax.

 

 

  Geri