Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   TAMAŞA

TAMAŞA

 

Gözün var, gözünü çəkmə gözəldən,

Zərif gözəllərin xalına boylan.

Oxşa arısını, kəpənəyini,

Yarın çiçəyinə, balına boylan.

 

Zaman yaz gətirsin qışımınüstə,

Günəş taca dönsün başımın üstə.

Əlini günlüklə qaşımın üstə,

Nurdan yamacına, yalına boylan.

 

Göydə ulduzların yeri dardımı,

Gözə nur gətirər qəlbin yardımı.

Açan çiçəkdimi, yağan qardımı,

Ana təbiətin halına boylan.

 

 

  Geri