Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   YIĞILIR

YIĞILIR

 

Ümid, inam, bir də kədər,

Hər axşam bizə yığılır.

Baxıb şirin söz-söhbətə,

Ağıllı sözə yığılır.

 

Baxır insanın halına,

Baxır ömrünə, falına.

Alın yazısı alına,

Qırışlar üzə yığılır.

 

Həsrət olur, hicran olur,

Dərd dillərdə dastan olur.

Sevgi, ölüm bir can olur,

Hamısı gözə yığılır.

 

 

  Geri