ÖLÜM
Deyəsən ölümüm uzun çəkəcək,
Yaxını, uzağı– vaxta var hələ...
Çoxdu bu yolların qarı, yağışı,
Şaxtası, sazağı, xata var hələ...
Əcəl ömrümüzə dilbilməz yağı,
Çəkər üstümüzə kəfəni, ağı.
Hələ ki, ömrümün yanır çırağı,
Alışır ocağı, vaxta var hələ...
|