ÇIXDI
Mənim kişi bildiklərim,
Çolaq çıxdı, axta çıxdı.
Mənim polad bildiklərim,
Çürük çıxdı, taxta çıxdı.
Əl bahara yetişməmiş,
Sazaq gəldi, şaxta çıxdı.
Nə ki canın ağrısı var,
Şaha döndü, taxta çıxdı.
Qocalıq gördü işini,
Cavanlığın nəyi varsa,
Hamsı döndü saxta çıxdı.
|