Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DƏYİŞİKLİK

DƏYİŞİKLİK

 

Viran qalmış dağlara bax,

Saçımdakı ağlara bax!

Tel dəyişir, saç dəyişir,

Başımdakı tac dəyişir.

Zil dəyişir, pəs dəyişir,

Boğazımda səs dəyişir.

Sifətimdə üz dəyişir,

Əyri çıxır, düz dəyişir.

Qollar dönür ağac olur,

Əllər dönür qaxac olur.

Ağrılarım ciyərində,

Əriş olur, arğac olur.

Can dəyişir cəsəd olur,

Can hər şeyə möhtac olur.

Bir ümiddir olan-qalan,

O da dalğın, o da talan!

 

 

  Geri