QARIŞQA VƏ MƏN
Mən zəhmət evinin qarışqasıyam,
İşim çalışmaqdı ölənə qədər.
Saatım, dəqiqəm, anım, zamanım,
Yanıb alışmaqdı ölənə qədər.
Özümdən çox böyük yüklər götürdüm,
Belimi sındırdı bu yüklər mənim.
Yuvamın ağzına zəhər qoydular,
Kəsdi yollarımı kötüklər mənim.
Mənim fikrimə bax, xəyalıma bax,
Qansız olanda da qan istəyirəm.
Vuruşdum, əlləşdim həyatım boyu,
İndi qarışqadan can istəyirəm.
|