ARİFİN ARİF ŞEİRİYƏM
Allah verən bir nemətəm,
Tanrının təltif şeiriyəm.
Güllərin şah damarıyam,
Çöllərin zərif şeiriyəm.
Nur dolu səhər diliyəm,
Bal dolu şəkər diliyəm.
Qorqud, Ələsgər diliyəm,
Yaxşıya tərif şeiriyəm.
Təzəsinə təzə dedim,
Köhnəsinə köhnə dedim.
Nadan bilməz mən nə dedim,
Arifin arif şeiriyəm.
Sədası dağları dələn,
Ün olub göyə yüksələn,
Qurani-Kərimdən gələn,
Qurani-şərif şeiriyəm.
|