Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN

 

 

ZƏLİMXAN

 

Əsrimizin Ələsgəri, Vurğunu,

Nizamisi, Qorqudusan, Zəlimxan.

Sənə sözün yaradanı deyərdim,

Qorxmasaydım bir Allahdan, Zəlimxan.

 

Sənə ilham verir Haqq dərgahından,

Peyğəmbər əli ilə şahlar şahından.

Bir an ayrı salmır öz dərgahından,

Gətirmişəm sənə iman, Zəlimxan.

 

Bu, sirdi, ya hikmətdi, bilmirəm,

Bu, qüdrətdi, ya sənətdi, bilmirəm.

Bu, bəxşişdi, ya hörmətdi, bilmirəm,

Payın olub Yaradandan, Zəlimxan.

 

Elə yaradır ki, Yaradan kimi,

Sözü axır damarlara qan kimi.

Kim yaza, yarada Zəlimxan kimi,

Bağışlaram ona bir can, Zəlimxan.

 

Bir əlin torpaqda, bir əlin Haqda,

Haqq tutub əlindən çıxardıb taxta.

Yazıq Şahbaziyəm, sizdən uzaqda,

Qalmışam pərişan, Zəlimxan.

 

Aşıq Səlcuq ŞAHBAZİ

 

 

 

  Geri