GƏLİB
Xalq şairi Zəlimxan Yaqubun
2012-ci il iyunun 20-də Musa Nəbioğlunun
dəvəti ilə Darvaz kəndinə gəlməsi münasibəti ilə
Darvaz, səni ziyarətə,
Dağdan ağır şair gəlib.
Rica etdin dönə-dönə,
Özün dedin çağır, gəlib.
Ağasıdır ocaq-pirin,
Əzizidir göyün-yerin.
Ruhu dəli, özü şirin,
Qəlbi kövrək, fağır gəlib.
Həsrətnən boylanır Şindi,
Dərdi bir deyil ki, mindi.
Dua eylə,duan çindi,
Yalvar Haqqa,bağır,gəlib.
Tanrı sevər fərmanını,
Sağalt, kəsim qurbanını.
Kövrəlmişəm,dərmanını
Göz yaşımnan yoğur,gəlib.
Bu dünya bir oyun-həkət,
Gözün aydın, a məmləkət.
El-obana bin-bərəkət,
Taleyimə uğur gəlib.
Təbriz İman
20 iyun 2012, Darvaz kəndi
|