Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLƏCƏM DEDİ

 

 

GƏLƏCƏM DEDİ

Ustad şairimiz Zəlimxan Yaqub ürəyindən

əməliyyat olunanda yazılıb bu şeir.

 

İntizar içində yatmışdım gecə,

Qəmlər ürəyini dələcəm dedi.

A dostlar, yuxumu qatmışdım gecə,

Sevinc, getmə, dayan, gələcəm, dedi.

 

Nadana bəlli döy aləmin sirri,

Cənnətin qədrini nə bilər diri.

Yetmişdi dadıma qırxların piri,

Yaxın zamanlarda güləcəm dedi.

 

Dedim, yaman dönüb ruhun löyünü,

Qəmlər qarət edib könlüm öyünü.

Çəkə bilmədiyin hicran yükünü,

Darıxma, vaxtında böləcəm dedi.

 

Dedi, gül-çiçəklə bəzə yolları,

Sarın bir-birinə həsrət qolları.

Vaxtsız ürəyinə düşən xalları,

Sevinc müjdəsiylə siləcəm dedi.

 

Yuxudan durmamış günəşin gözü,

Açıldı aynanın bəmbəyaz üzü.

Görünüb gözümə Zəlimxan özü,

Dönüb sağ-salamat gələcəm dedi.

 

Təbriz İman  

2008

  Geri