Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   A DÜNYA

 

 

A DÜNYA

                       

Borçalıya bir nemətdi Zəlimxan,

Söz dəryası, min hikmətdi Zəlimxan.

Ürəklərdə məhəbbətdi Zəlimxan,

Eşqi Kürdü, xan Arazdı, a dünya!

 

Dünya boyda bir dünyadı Zəlimxan,

Dərya boyda bir dəryadı Zəlimxan.

Əzəmətli bir qayadı Zəlimxan,

Dediklərim hələ azdı, a dünya! 

 

Bir zirvədi, çox ucadı Zəlimxan,

Milyon bənddi, min hecadı Zəlimxan.

Dünya görmüş bir “qoca”dı Zəlimxan,

Təbi kaman, telli sazdı, a dünya!

 

Borçalının ürəyidir Zəlimxan,

Borçalının gərəyidi Zəlimxan.

Borçalının dirəyidi Zəlimxan,

Ürəklərdə min murazdı, a dünya!

 

Həm ozadı, həm şairdi, həmi pir,

Vətən üçün, millət üçün çox əsir.

Namərd illər niyə belə tələsir?

Qocalığa hələ tezdi, a dünya!

 

Bir dənizdi, bir ümmandı əvəzsiz,

Yurdumuza şöhrət şandı əvəzsiz.

Gözlərimdə bir insandı əvəzsiz,

Dodaqlarda şirin sözdü, a dünya!

 

 

Əşrəf Xındı Məmmədoğlu

  Geri