Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Zəlimxan

Zəlimxan


Sən vətənə, vətən sənə güvənsin,
Vətənimin şair oğlu, Zəlimxan.
Söz ağzında yağlar kimi ərisin,
Borçalının mahir oğlu, Zəlimxan

Dədə Qorqud, Koroğlunun nəvəsi,
Nəfəsində Xətainin nəfəsi,
Var səsində Qurbaninin gür səsi,
Molla Pənah, Sabir oğlu, Zəlimxan.

Müəmmadı, tapmacadı, sir torpaq,
Mürşid olub, əbdal olub, pir torpaq,
O tay, bu tay, bir vətəndi, bir torpaq,
Bu torpağın nadir oğlu, Zəlimxan.

Addım-addım dolaşırsan elini,
Ululara uzadırsan əlini.
Bu elimin baldan şirin dilini,
Övsəməyə qadir oğlu Zəlimxan.

Şeir oxurkən qoy bülbüllər dillənsin,
Göy üzündən mələklər də qoy ənsin
Sən vətənə, vətən sənə güvənsin,
Vətənimin şair oğlu, Zəlimxan.

Bəhram Əsədi (Sınmaz)

Urmu şəhəri 2011.3.30

  Geri