GƏTİRİB
Xalq şairi Zəlimxan Yaquba
Küsmə məndən ay Zəlimxan,
Ehtiyac kəndə gətirib.
Zaman sürüb öz ovunu,
Bərəyə-bəndə gətirib.
Tanrı rəhm edib ağlara,
Qaytarıb ötən çağlara.
Vurğunam deyə dağlara,
Dumanda, çəndə gətirib.
Gəlmişəm çiçək dərməyə,
Yaramın üstə sərməyə.
Şairə qida verməyə,
Şəkərə, qəndə gətirib.
Təbrizin qəlbi xəstədi,
Kədəri dəstə-dəstədi.
Ürəyim səni istədi,
İlhamım səndə gətirib.
Təbriz İman
|