Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAİR ZƏLİMXANA

 

ŞAİR ZƏLİMXANA

 

Şair tanıyıram, şeirlərilə

Zülmətin bağrını qopardan şair.

Şair tanıyıram, qaynar təbilə,

Sanki qonaq gəlib bahardan şair.

 

Haqqa söykənəni doğması sanan,

Dərdlinin dərdini gözündən qanan,

Belində zamanın şələsi yanan,

Dünyanın telini ağardan şair.

 

Tanrı bəxt-qisməti yazır alında,

Gözü yox dünyanın cah-cəlalında.

Vuruşa-vuruşa ömür yolunda,

Addımlayıbdır şeşdən-cahardan şair.

 

Vətən həsrətindən ürəyi xəstə,

Göynədir ruhunu kəsmə şikəstə.

Əllərini qoyub gözləri üstə,

Kəndlərə boylanır şəhərdən şair.

 

Təbrizə əzizdir doğma can kimi,

Arxadı, dayaqdı Zəlimxan kimi.

Sənət zirvəsində durub xan kimi,

Baxmaz bir kimsəyə yuxardan şair. 

Təbriz İman  

10.09.2006.

  Geri