Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN UCALIĞI

 

ZƏLİMXAN UCALIĞI

 

Enəsən – nur olub, göydən süzülüb,

Günəşdən, ulduzdan, Aydan süzülüb,

Könüldən – ilahi paydan süzülüb,

Axasan Zəlimxan ucalığından!

 

Cana doyursa da pislik, şər səni,

Qəhr edib zamanın pislik, şərini,

Düşmənin gözünə pisliklərini

Sıxasan Zəlimxan ucalığından!

 

Haqdan səda gələ zərfin içində,

Günahın, üzürün, əfvin içində!

Birdən iyirmi səkkiz hərfin içində,

Çıxasan Zəlimxan ucalığından!

 

Ölümə can deyib, əcələ gülüb,

Gəncləşə-gəncləşə qocala bilib,

Barat, Allahına, bacara bilib,

Baxasan Zəlimxan ucalığından.   

Barat VÜSAL

17.12.1998

  Geri