Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN

 

ZƏLİMXAN

 

Borandımı, tufandımı, seldimi,

Kəlmələri incidimi, ləldimi?!

O tay deyən, bu tay deyən dildimi,

Aləm bilir möcüzədi Zəlimxan!

 

Söz mülkündə alnıaçıq, üzüağ,

Həm ürəkdi, həm qələmdi, həm varaq.

İlhamıyla uca dağdı, uca dağ,

Ucalıqdan heç enmədi Zəlimxan!

 

Müşfiqimlə, Vurğunumla qoşadı,

Bütün Türk elində dolaşır adı.

Söz sənəti naxış-naxış xalçadı,

Hər naxışda yüz ilmədi Zəlimxan,

Ucalıqdan heç enmədi Zəlimxan.

Ay Səməndər, bir dənədi Zəlimxan,

Aləm bilir, möcüzədi Zəlimxan!

 

 

Səməndər MƏMMƏDOV

  Geri