Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ANLA ZƏLİMXANI, SAZIM

 

ANLA ZƏLİMXANI, SAZIM

 

Hər sənətin öz xanı var,

Bu aləmdə bir xan gördüm.

Hər aləmin sultanı var,

Sultanlara sultan gördüm.

Özü haqqın baratıdı,

Əlindədi fərman gördüm.

Hər kəlməsi bir ləşkərdi,

Həm Qorquddu, həm Ələsgər.

Mən onu bir cahan gördüm.

Təlatümü bu yer, bu göy,

Eşqini kəhkəşan gördüm.

Fəqət sana Məcnun oldu,

Anla Zəlimxanı, sazım.

Dərviş Osman ƏHMƏDOĞLU

2008

  Geri