ZƏLİMXAN YAQUBA
Səni bu dostluqda bir xan sanıram,
Duruşun xan kimi, özün xan kimi.
Ömür səltənətin nurla bəzənib,
Baxışın xan kimi, sözün xan kimi.
Çox cəfalar çəkdin cavanlıq çağı,
Əsdi tənəzzülün kəskin sazağı.
İndi dövranındı sultan sayağı,
Əlləri belində gəzin xan kimi.
Arzular içində muradın aldın,
Qüdrət çeşməsindən qaynadın, doldun.
İlahi sur verdi, pürkamal oldun,
Qələmin xan kimi, yazın xan kimi.
Bir haqq-ədalət var, bir haqq divan var,
Haqq əmək itirmir bil ki, heç zaman.
Sənin xeyir əməlin çoxdu binadan,
Qalcaq dünyada izin xan kimi.
Baxma ki, yaş gəlir, hey illər ötür,
Kamandar bağında bülbüllər ötür.
Gur səsim çağlayır, Allaha şükür,
Özüm xan kimiyəm, sazım xan kimi,
Hələ ki, cavanam Zəlimxan kimi.
Aşıq KAMANDAR
|