Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ELOĞLU

 

ELOĞLU

 

 

Körpə qəlbin körpəlikdən vuruldu,

Təbi gülüstana döndün, eloğlu.

Eşqin nəhri çalxalandı, duruldu,

Hikmətli ümmana döndün, eloğlu.

 

Avazından yatan quşlar ayıldı,

Sözün Vətən torpağına yayıldı.

Misraların cana məlhəm sayıldı,

Sənətdə loğmana döndün, eloğlu.

 

Şeirlərin şirin-şəkər, bal kimi,

İnsana ruh verir xoş amal kimi.

Məclislərdə qiymətlənir ləl kimi,

Dillərdə dastana döndün, eloğlu.

 

Kamalın dərindi, yaşın çox cavan,

Səni bizə bəxş edibdi yaradan.

Ucal zirvələrə, ucal, Zəlimxan,

Arzusudur elin, kəndin, eloğlu.

 

Ceyhunun könlünə gör kimlər düşdü,

Bu zalım ayrılıq qəlbimi deşdi.

Bir də gördün illər şeirlə keçdi,

Təxti-Süleymana döndün, eloğlu!

Aşıq KAMANDAR

1979

  Geri