GƏLSİN
Bu müşkül halımda mənəm deyənlər,
Borandadı gəlsin, qardadı gəlsin.
Fani dünya Süleymana qalmayıb,
Əli xəzinədə, vardadı gəlsin.
Mənim bu dərdimə münasib dərman,
İstəkli dostlardı, sevdiyim insan.
Hüseyn Kürdoğlu, oğlum Zəlimxan,
Səyavuş Sərxanlı hardadı gəlsin.
Dərsim aldım, kama çatdım əmmədə,
Var canımda bir amansız əmmə də.
Xəbər verin Kəlbəcərli Məmmədə,
Şəmşir dərdə düşüb dardadı, gəlsin!
Aşıq ŞƏMŞİR
1979
|